Yanvarda 25 nəfər Azərbaycan sərhədlərini pozub

Azərbaycan sərhədçiləri 2015-ci ilin yanvar ayında dövlət sərhədini pozduqları üçün 24 halda 25 nəfəri saxlayıb.
 
Maide.az Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına istinadən xəbər verir ki, saxlanılanların 12 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Türkiyə, 2 nəfəri Tacikistan və 2 nəfəri Şri-Lanka vətəndaşı olub. 
 
Məlumata əsasən, ay ərzində sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 11 halda 17 nəfər, Xəzər dənizində 4 halda 6 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
 
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 222 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
 
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 halda 15 kiloqram 242 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Google+ WhatsApp ok.ru