Yaponiyada əksər banklar xaricə nağd pul köçürmələri xidmətini ləğv edir 19 Noyabr 2018 10:17 Xəbərlər Yaponiyada əksər banklar çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə xaricə nağd pul köçürmələri xidmətini ləğv edir. Belə güman edilir ki, həmin vəsaitlər terrorizmin maliyyələşdirilməsinə sərf oluna bilər. Maide.Az "azərtac"a istinadla xəbər verir ki, hökumət tərəfindən dəstəklənən “Shoko Chukin” Bankı ötən həftədən başlayaraq xaricə nağd pul köçürmələrini tamamilə dayandırıb. Bundan əlavə, son aylarda daha 40 regional bankın xaricə nağd pul köçürmələrini tamamilə dayandırdığı bildirilir. Bankalardan bildirirlər ki, nağd pulun hərəkətini izləmək çətin olduğuna görə, onun təyinatı üzrə istifadə edildiyini öyrənmək mümkün deyil. Xaricə nağd pul köçürmələrini davam etdirən banklar isə, həmin vəsaiti köçürənlərin şəxsiyyətini dəqiqləşdirmək üçün yoxlamaları daha da ciddiləşdirirlər. Teqlər : #Yaponiyada,#əksər,#banklar,#xaricə,#nağd,#pul,#köçürmələri,#xidmətini,#ləğv,#edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir Fransada benzinin qiyməti 300 min insanı etiraza qaldırdı - VİDEO