Yaponiyada 'Hagibis'ə görə təxminən yarım milyon ev işıqsız qaldı 12 Oktyabr 2019 10:52 Xəbərlər Yaponiyanın Tiba prefekturasında "Hagibis" qasırğasına görə təxminən yarım milyon ev elektrik enerjisiz qalıb. Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə ölkənin paytaxtının operatoru olan "Tokyo Electric Power" şirkətindən bildiriblər. Məlumata əsasən, yerli vaxtla saat 08:00-da Tiba prefekturasında 480 mindən artıq yaşayış evi elektrik enerjisiz qalıb. Yaponiyanın mərkəzi hissəsinə yaxınlaşan "Hagibis" qasırğası həmçinin dəmiryolu və hava əlaqəsində problemlər yaradıb. Qeyd edək ki, "Hagibis" qasırğası hazırda saatda 25 kilometr sürət ilə cənub-şərqdən Yaponiya tərəfə hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 65 metrə çatır. Teqlər : #Yaponiyada,#'Hagibis'ə,#görə,#təxminən,#yarım,#milyon,#işıqsız,#qaldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şələmçədən ötən gün 117 min zəvvar İraqa keçib Siyahıyaalmadan kənarda qalanlar...