Yaponiya turistlərə gündəlik 185 dollar verəcək 28 May 2020 12:03 Maraq dünyası Yaponiya hökuməti turistlər üçün gündəlik 185 dollar məbləğində xüsusi vauçerlər tətbiq etməyi planlaşdırır. Maide.Az xəbər verir ki, bu qərar ölkənin koronavirus pandemiyasında zərər çəkmiş turizm sektoruna yardım məqsədilə qəbul edilib. Plana əsasən, turistlərə verilən məbləğ gündəlik xərclərin yarısını ödəməyə imkan verəcək. Çeklər kafe, restoran və mağazalarda qəbul olunacaq. Turistin həmin vauçerleri ala bilməsi üçün Yaponiyada hotel bron etməsi vacibdir. Bu təşəbbüsün iyulun sonunda işə düşməsi gözlənilir. Ümumilikdə bu layihəyə təxminən 12,5 milyard dollar məbləğ ayrılıb. /Trend Teqlər : #yaponiya,#turist , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Twitter’in işində yenidən nasazlıq yarandı ‘Twitter’in işində nasazlıq yaranıb