Yaxın 2-3 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir

Yaxın 2-3 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir

Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraiti sabit keçəcək, mülayim cənub-qərb küləyi əsəcək.
 
Onun sözlərinə görə, yağmursuz hava şəraiti müşahidə olunacaq.
 
G. Məmmədova qeyd edib ki, noyabrda paytaxt Bakıda qarlı və şaxtalı havanın müşahidə olunması ilk belə hal deyil: “Əvvəlki illərdə paytaxtda qarlı və şaxtalı hava şəraiti müşahidə olunub. Çox uzağa getməyək, düz 5 il əvvəl, 2011-ci ilin noyabr ayında paytaxtda qar da yağıb, şaxta da olub”. /

Google+ WhatsApp ok.ru