Yaxın 2 gün ərzində Azərbaycan ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə olunacaq

Aprelin 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı  gözlənilir. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq. 
 
Sabah Azərbaycanın rayonlarına bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq.
 
Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 10-11-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksələcəyi və güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Google+ WhatsApp ok.ru