Yay mövsümündə avtomobil qəzalarının sayı 2 dəfə artıb.

Yay mövsümündə avtomobil qəzalarının sayı 2 dəfə artıb.

Yay mövsümündə avtomobil qəzalarının sayı 2 dəfə  artıb. Bunu fins.az-a açıqlamasında “Xalq Sığorta” şirkətinin Sığorta hadisələri departamentinin rəhbəri Aqşin Yusifzadə bildirib.Onun sözlərinə görə,həm sığorta hadisəsi olan avtomobil qəzaları, həm də buna görə ödənişlər kəskin yüksəlib.
Qəzaların sayı 70-dən 140-a çatıb
 
Ötən il yayda bir ayda 60-70 qəza baş verirdisə, bu il avtomobillə bağlı sığorta hadisələrinin sayı 100-dən çoxdur. Məsələn, iyul ayında 200 avtomobil qəzası ilə bağlı müraciət edilib. “Xalq Sığorta” bir ayda 140 avtomobilin təmir xərcini qarşılayıb.
“500 manatlıq təmir indi 850 manata başa gəlir”
 
Onun sözlərinə görə, milli valyutanın məzənnəsindəki dəyişiklik ötən illə müqayisədə avtomobillərlə bağlı ödənişləri də 50-60% artırıb: “Məsələn, ötən yay bir avtomobilə kiçik qəzalar zamanı 500 manat ziyan dəyirdisə, ehtiyat hissələrinin bahalaşması səbəbindən eyni təmir haqqı indi 800-850 manata başa gəlir. Rəsmi servislər işçi haqqında endirim etsələr də, ehtiyyat hissələri bahalaşmaqda davam edir. Bu isə sığorta şirkətlərinin avtomobil sığortası ilə bağlı zərərlərini artırır”.
Təcrübəsiz sürücülər qəzaları artırır
 
A.Yusifzadə bildirib ki, hazırda yay mövsümü olmasına və avtomobil sıxlığının azalmasına baxmayaraq qəzaların 80%-i Bakı və Abşeron ərazisində baş verir. Qəzalara əsas səbəb isə sürücülərin təcrübəsizliyidir: “Sadə bir vəziyyətdə ehtiyatsızlıq etməklə qəzalar törədirlər. Sürücülər düzgün ara məsafəsi saxlamırlar, sağdan və ya soldan gələn avtomobili gözləmirlər, manevretmə qaydalarına riayət etmirlər. Məsələn, bir neçə gün əvvəl bölgələrin birində qəza baş vermişdi. Sürücü düzgün hesab götürmədiyi üçün avtomobilin arxa hissəsini kanala salmışdı. Nəticədə maşının arxa hissəsi əzilmişdi”. /

Google+ WhatsApp ok.ru