Yeni alqoritm internetdə təhlükəsizliyi daha da gücləndirəcək

Yeni alqoritm internetdə təhlükəsizliyi daha da gücləndirəcək

Biz internetdə daima maraqlı məhsul, xidmət və servis tövsiyələri ilə qarşılaşırıq. Bu tövsiyələr onlayn profillər, axtarış sorğuları, şəbəkədəki aktivlik  və sairə əsasında tərtib edilir. Bəzən bu tövsiyələr həqiqətən faydalı olur, amma belə istinadlar üzrə keçid edən istifadəçi öz məxfiliyini təhlükə altında qoyur, çünki fərdi məlumatların ötürülməsini təsdiq edir. Lozanna Federal Politexnik Məktəbindən Maksa Taziki bu problemi həll edən alqoritm düşünüb hazırlayıb.
 
Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, yeni alqoritm real vaxt rejimində internetdə tövsiyə edilmiş məhsulları ifadə edən bu və ya digər linkin üzərinə sıxdıqda üçüncü şəxslərə ötürülmüş informasiyanın tutumunu müəyyən etmək qabiliyyətinə malikdir.
 
Alqoritm hər bir kliki araşdırır: göndərilmiş məlumatların tutumunu, məxfiliyə potensial təsiri qiymətləndirir. Nəticələr tövsiyə şəklində təklif edilir və istifadəçi linkin üzərinə sıxmaqla bağlı qərara gəlir. /
 

Google+ WhatsApp ok.ru