Yeni iddia: ən nazik telefon “iPhone 7” olacaq

“Apple” şirkətinin dünyanın ən incə telefonunu istehsal etməyə hazırlaşır.
Maide.az xəbər verir ki, bu iddia “KGI Securities” məşhur analitiklərindən Ming-Chi Kuo dilə gətirib.
“iPhone” xəbərlərində ən etibarlı mənəbələrdən sayılan Ming-Chi Kuonun sözlərinə görə, “iPhone 7” 6-6,5 mm naziklikdə olacaq. Beləliklə, “iPhone 7” hazırda 6,9 mm ilə ən incə telefon sayılan “iPhone 6”nı geridə qoyacaq.
Daha bir məlumatı nəzərinizə çatdıraq ki, “Apple” şirkəti sentyabrın 9-da “iPhone 6S” və “iPhone 6S Plus” modellərini təqdim edəcək. /
 

Google+ WhatsApp ok.ru