Yeni ilin ilk günündə Bakıda hava yağıntılı olacaq 31 Dekabr 2014 02:00 Ölkə Yanvarın 1-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam saatlarında az yağıntılı olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 2°-dək isti, gündüz 4-6° isti, Bakıda gecə 2°-dək isti, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək. Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir. / Teqlər : #Yeni ilin ilk günündə Bakıda hava yağıntılı olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gəncədə təyyarə 110 azərbaycanlını Türkiyəyə aparmaqdan imtina edib Azərbaycanda rabitə və internet xidmətləri üçün yeni tarif