Yeni qanun LAYİHƏSİ - “Tik, idarə et, təhvil ver`

Dünya praktikası ölkəmizdə də tətbiq olunacaq. "Tik, idarə et, təhvil ver" modeli həyata keçiriləcək. Bu da o deməkdir ki, tikinti və infrastruktur obyektləri investisiya layihələri xüsusi maliyyələşmə əsasında həyata keçiriləcək.
 
Körpüləri, tunelləri, inzibati binaları sahibkarlar inşa edəcək və işlədib xərcini çıxardacaq. Əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra isə dövlət mülki hesab olunacaq. "Tikinti və infrasturktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyələşməsi əsasında həyata keçirilməsi haqqında" layihə, bu gün Milli Məclisin Plenar İclasında birinci oxunuşa çıxarılıb. "Tik, idarə et, təhvil ver" modelinə uyğun bağlanan müqavilələrin müddəti 49 ildən artıq ola bilməz.
 
"Tik, idarə et, təhvil ver" modeli demək olar ki, bütün sahələri əhatə edəcək. Qanun layihəsinə görə, investisiya layihələrini TİT modelinə uyğun həyata keçirən investor dövlət rüsumlarından və yığımlardan azaddır. Qanunda xidmət haqqı, təhvil vermə, dövlət ehtiyacları üçün geri alınma, dövlət zəmanəti ilə bağlı qaydalar da öz əksini tapıb.
 
Şərtlər, tikintiyə uyğun tələblər, bağlanan müqavilələrin xüsusiyyətləri, mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi qaydaları icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnvestor müqavilədə müəyyən edilmiş müddətdə tikintini istifadəyə verilməsinə görə məsuliyyət daşıyır. Aydın Hüseynov bildirib ki, bu model iş yerlərinin açılmasına və məşğulluğun təmin olunmasına zəmin yaradacaq.xəzərxəbər/
 

Google+ WhatsApp ok.ru