Yeni rüsumlar etiraz doğurdu, amma...

Yeni rüsumlar etiraz doğurdu, amma...

Bu gün, mayın 17-də «Dövlət rüsumu haqqında» Qanuna dəyişikliklər Milli Məclisdə qəbul edilib.
 
«Report» xəbər verir ki, qanuna əlavə edilməsi təklif olunan 32.1 maddəyə əsasən, akkreditasiyadan keçməkdən ötrü məktəbəqədər təhsil müəssisələri 3000, ümumtəhsil müəssisələri 5000, məktəbdənkənar təhsil müəssisələri 7000, peşə təhsili müəssisələri də 10000 manat dövlət rüsumu ödəyəcək. Həmin əlavəyə görə, habelə, orta ixtisas təhsili müəssisələri 15000, ali təhsil müəssisələri 20000, əlavə təhsil müəssisələri 15000, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15000 manat dövlət rüsumu verməlidirlər.
 
Amma müzakirə zamanı bəzi deputatlar rusumun çoxluğundan şikayətləniblər. Onlar deyib ki, həmin rüsum sahibkardan alınmayacaq, öz övladını orada oxutdurmaq istəyən valideyndən çıxacaq.
 
Deputatlardan Musa Quliyev isə layihənin gündəlikdən çıxarılmasını istəyib. «Bu layihəni hazırlayanlar niyə cənab Prezidentin siyasətinə zidd gedirlər? Bu, araşdırılmalıdır... Bu, vətəndaş üçün böyük vəsaitdir. Prezident İlham Əliyev bu ili sosial rifah ili elan edibsə, biz də buna əməl edək, dəstək verək. Bu maddə gündəlikdən çıxarılsın və geri qaytarılsın», – deputat vurğulayıb.
 
Milli Məclisin İqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə isə çıxışında qeyd edib ki, bu, birinci oxunuşdur və deputatların fikirləri müzakirə olunacaq, nəticə çıxarılacaq.
 

Google+ WhatsApp ok.ru