Yeni səfir: Azərbaycan və İran arasında iqtisadi sahədə əlaqələrə yenidən baxılmalı və əlaqələr daha da gücləndirilməlidir

Yeni səfir: Azərbaycan və İran arasında iqtisadi sahədə əlaqələrə yenidən baxılmalı və əlaqələr daha da gücləndirilməlidir

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında əlaqələr İran üçün çox önəmlidir. 
 
Maide.Az xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə bu gün Bakıya gəlişi zamanı hava limanında  jurnalistlərə deyib. 
 
C.Cahangirzadə deyib ki, bu ona görə önəmlidir ki, iki ölkəni bir-birinə müştərək tarix, mədəniyyət və din bağlayır və iki ölkə qonşu ölkələrdir.  “Son illər ərzində iki ölkənin prezidentləri 7 dəfə görüşüblər və iki ölkə arasında əlaqələr inkişaf etdirilir. Buna baxmayaraq ehtiyac var ki, Azərbaycan və İran arasında iqtisadi sahədə əlaqələrə yenidən baxılsın və əlaqələr daha da gücləndirilsin. Mövcud şəraitdə iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq üçün şərait mövcuddur”.
 
C.Cahangirzadə deyib ki, hər iki ölkənin iradəsi əlaqələrin inkişaf etdirilməsinədir. “Ümid edirik, Azərbaycan və İran üçün yeni səhifə açılacaq və hər iki ölkə regionda yaxşı şərik, dini baxımdan yaxşı qardaş və siyasi sahədə yaxşı əməkdaş  olaraq bu  əməkdaşlıqlarını daha da artıracaqlar”.
 

Google+ WhatsApp ok.ru