Yerevanda etirazçılar aksiyanı dayandırmaqdan imtina edirlər 04 İyul 2015 01:00 Xəbərlər Yerevan polis rəisinin müavini Valeri Osipyan elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyasında iştirak edən nümayişçiləri barrikadalar düzəltdikləri zibil qablarını yerinə qaytarmağa və ictimai asayişi bərpa etməyə çağırıb. Bu barədə Trend "Panorama.am" saytına istinadən məlumat verir. Nümayişçilər isə çağırışa yalnız bütün tələbləri yerinə yetiriləcəyi təqdirdə əməl edəcəklərini bildiriblər. V.Osipyan etirazçıları “Ermənistanın elektrik şəbəkələri” şirkətinin fəaliyyətinin növbəti auditində iştirak etmək üçün ciddi və savadlı mütəxəssislərdən ibarət qrup təşkil etməyə çağırıb. / Teqlər : #Yerevanda etirazçılar aksiyanı dayandırmaqdan imtina edirlər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah Bakıda hava şəraiti mülayimləşəcək ABŞ-ın Mayami şəhərində 2 nəfər öldürülüb