Yüngül sənayenin `ağır` günü

Yüngül sənayenin `ağır` günü

"Exo" qəzetində "Yüngül sənaye: Azərbaycan çox şeyi boş buraxıb, amma yerini doldurmaq olar" sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda bildirilir ki, indi ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet sayılır. Bundan ötrü də kifayət qədər şərait və resurs var.
 
Müəllifə görə, bu istiqamətdə əsas hədəflərdən biri də yüngül sənayenin inkişafı ola bilər:
"Yüngül sənaye sahəsində fəaliyyət göstərən zavodlar, etibarlı xammal bazası milli ticarət markası altında malların çeşidlərini artırmağa imkan verir".
 
İqtisadçı Seyfəl Əliyev isə deyib ki, SSRİ-nin yıxılması ilə yüngül sənaye bazarı əldən verilib. İndi bu bazara girmək çox çətindir:
"Ancaq bununla belə, postsovet məkanında bir çox ölkələr yüngül sənayeni inkişaf etdirdilər. Hesab edirəm ki, kiçik və orta biznesi inkişaf etdirmək yolu ilə yüngül sənayedə irəliyə getmək mümkündür".
 
Ekspert Nəriman Ağayev də düşünür ki, Azərbaycan bu sahəni inkişaf etdirmək baxımından çox zaman itirib:
"Yerli iş adamları bu sahəyə pul qoymağa tələsmir. Çünki indiki halda işadamı Çinə gedərək aşağı qiymətlə ayaqqabı sifariş edib, Azərbaycana gətirib satmaqla heç nə uduzmur".
 
N.Ağayev deyib ki, Azərbaycan xaricə dəri göndərir. Əgər məhsul ölkə daxilində istehsal olunsaydı, bu daha sərfəli olardı.
 
Ekspertə görə, ölkə yaxın vaxtlarda bu bazarda mövqeyini gücləndirə bilər. Bundan ötrü keyfiyyətli və ucuz məhsullar istehsal edilməlidir.
 
Yazıda bildirilir ki, son vaxtlar ölkədə toxuculuq sənayesinin inkişafından ötrü xammal bazası yaradılır. Fermerlərə çoxtərəfli dəstək verilir, bəzi bitkilərin sahələri artırılır... /

Google+ WhatsApp ok.ru