Yol-nəqliyyat hadisələrində ölənlərin sayı 31,3 faiz artıb

Yol-nəqliyyat hadisələrində ölənlərin sayı 31,3 faiz artıb

"Hər il avtomobil yollarında baş verən yol nəqliyyat hadisələri zamanı yüzlərlə insan həlak olur və ya ömürlük şikəst qalır”.
 
APA-nın xəbərinə görə, bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə regional məntəqəsinin böyük həkimi Sevinc Hüseynova deyib.
 
Onun sözlərinə görə, 2005-ci ildən başlayaraq əvvəlki illərlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 33,1 faiz, bu hadisələrdə ölənlərin sayı 31,3 faiz, xəsarət alanların sayı isə 32, 6 faiz artıb. S
 
S. Hüseynova qeyd edib ki, statistik rəqəmlər respublikada təcili yardım sahəsində yeni strukturun yaranmasına zəmin yaradıb: “Xəsarət alanlara vaxtında və keyfiyyətli ilkin tibbi yardım göstərilməsi, xəstəxanalara çatdırılması mühüm məsələdir”. /

Google+ WhatsApp ok.ru