Youtube-da mesajlaşma dövrü

Youtube-ın yeni mobil proqramı sayəsində istifadəçilər artıq öz aralarında mesajlaşa biləcəklər
 
Maide.Az Marja-ya istinadən xəbər verir ki, video platforması Youtube-u mobil cihazlar üzərindən istifadə edən insanlar artıq yalnız video izləməyəcək, eyni zamanda digər üzvlər ilə söhbət də edə biləcəklər.
 
Texnologiya nəhəngi Google-ın tərkibində olan Youtube istifadəçilər arasında mesajlaşma xüsusiyyətini elan edib.
 
Şirkət, proqramın içində bir paylaşım imkanı olduğu təqdirdə istifadəçilərin bir-biri ilə bölüşəcəkləri videoların sayının artacağına inanır.
 
Bu xüsusiyyətin Youtube-a axtardıqlarını verib verməyəcəyini isə zaman göstərəcək. /

Google+ WhatsApp ok.ru