YouTube-dan şok qərar

YouTube-dan şok qərar

"YouTube" videoredaktor bölməsi və slayd şouların yaradılması üçün funksiyanın fəaliyyətini dayandırmaq qərarına gəlib

"YouTube" servisində sentyabrın 20-dən etibarən videoredaktor bölməsi və slayd şouların yaradılması üçün funksiyanın fəaliyyəti dayandırılacaq. Buna səbəb kimi onlardan istifadənin az olması göstərilir.
 
Sputnik Azərbaycan YouTube-nin admainistrasiyasına istinadla xəbər verir ki, tamamlanmamış layihələrin itməməsi üçün "YouTube" onları qeyd olunan dəyişikliklər qüvvəyə minməmişdən əvvəl çap etməyi tövsiyə edir. Dəyişikliklər yüklənilmiş videoçarxlara şamil edilməyəcək.
 
Videomenecerdə videoların redaktəsi və onlara effektlərin əlavə olunması davam edəcək.
 
Yeni videoda çarx materialından istifadə üçün onu 720p piksel təsvir ölçüsündə "Google" arxivindən və ya "YouTube" saytından yükləmək mümkündür.
 
Dəyişikliklər barədə ətraflı məlumatı servisin sorğu mərkəzindən əldə etmək olar.
 

Google+ WhatsApp ok.ru