Youtube şirkəti terror yayan videoları silmək üçün 10 min nəfəri işə götürür

Youtube şirkəti terror yayan videoları silmək üçün 10 min nəfəri işə götürür

-- İndiyədək 150 min video saytdan silinib

YouTube 2018-ci ildə 10 min nəfəri işə götürməyi planlaşdırır. 
 
Maide.Az “usatoday” saytına istinadən məlumat verir ki, You Tube  şiddət saçan, terroru yayan və uşaqlara uyğun olmayan videoları silmək üçün 10 min nəfəri işə götürmək öhdəliyini üzərinə götürüb. 
 
You Tube saytının yükləmələr üzrə icraçı direktoru Susan Vuzsicki etiraf edib ki, bəzi şəxslər You Tube-dən  istifadəçilərin aldadılması, yoldan çıxarılması və incidilməsi kimi istifadə edir. 
 
O qeyd edib ki,  iyun ayından  şirkət 2 milyon videonu araşdırır.  İndiyədək 150 min video saytdan silinib. 
 
Eləcədə  şirkət  terror mesajları yayan  videoları müəyyənləşdirmək üçün xüsusi bir texnologiya yaradıb. 
 

Google+ WhatsApp ok.ru