YouTube sosial şəbəkəyə çevrilir 14 Sentyabr 2016 01:00 Maraq dünyası «YouTube» yayımçılarla izləyiciləri arasında əlaqəni gücləndirəcək yeni xidmətini tanıdıb. «YouTube» kanallarının içərisinə artırılan «Community» bölməsi videobloqqerlərin izləyiciləri ilə mətn, şəkil, GIF formatlı animasiya paylaşmağa, canlı video yayımlamağa imkan verəcək. İzləyicilər bu paylaşımlardan «Facebook»un zaman tunelinə bənzər «izləyici lenti»ndən xəbər tutacaqlar. Onlar yeniliklərlə bağlı bildirişlər də alacaqlar. «YouTube», hələlik, xidmətin «beta» versiyasını istifadəyə verib. Platformanın tezliklə xidmətə yeni funksiyalar əlavə edəcəyi də bildirilir.(azadliq.org) Teqlər : #YouTube sosial şəbəkəyə çevrilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gözəl lava gölü - VİDEO Dubay `gələcəyin şəhəri` olacaq - FOTO