'Yumurta müşavirəsi' oldu. Bəs çörək..?

'Yumurta müşavirəsi' oldu. Bəs çörək..?

«Azadlıq» qəzeti qiymət artımı mövzusunda müzakirələri davam etdirir. Qəzetin əsas məqalələrindən biri belə adlanır: «Qiymət artımının arxasında İlham Əliyev dayanır».
 
Məqalədə sual edilir ki, yumurtanın qiymətindən narahat olan ölkə başçısı çörəyin qiymətinin qalxmasına niyə susur?
 
«Ölkənin ağır böhranla üz-üzə qalmasının yeganə səbəbi yarıtmaz idarəçilikdir. Normal düşüncəyə malik olan hər bir vətəndaş bu acınacaqlı vəziyyətin izahatını bilir. Amma hökumət ortaya heç bir izahat qoya bilmir. Nə yarıtmazlığı etiraf etməyə qətiyyətləri, nə də biabırçılığa don geyindirmək üçün fantaziyaları var», - deyə məqalə müəllifi vurğulayır.
 
Müəllif yazır ki, işığın, suyun, çörəyin, ətin qiyməti qalxsa da, hökumət heç bir izahat verə bilməyib.
 
«Yumurtanın qiyməti qalxanda ölkə başçısı «yumurta müşavirəsi» keçirdi. Bu addımla sübut etmək istədi ki, artımın ona aidiyyəti yoxdur, natəmiz adamlara qarşı barışmazdır. Bu dəfə isə hökumət imitasiya da etmir. Çörəyin, ətin qiyməti qalxıb, kütləvi narazılıq müşahidə olunur, bu hadisə ölkənin gündəminə çevrilib və hökumət susur. Deməli, budəfəki «sürpriz»in arxasında Əliyev özü dayanır». (azadliq.info)

Google+ WhatsApp ok.ru