Yumurtanın qiyməti hər gün artır

Ölkə əhalisinin əsas istehlak məhsullarından olan yumurtanın qiymətində az qala hər gün artım baş verir. Hökumət nədənsə yumurtanın qiymətini tənzimləyə bilmir. Təcrübədə yeganə hadisədir ki, adi baxdığımız yumurtanın qiymət məsələsi prezident səviyyəsində müşavirəyə də çıxarılıb. Görəsən, yumurta ölkədə doğrudanmı belə defisitdir? Bu məhsul yerli istehsalın neçə faizini təşkil edir?
 
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, bəzi mütəxəssis və məmurlar son vaxtlar ictimaiyyəti çaşdırmaqla məşğuldur. Ekspertə görə onlar minimum norma ilə normanı səhv salırlar. Yumurtanın qiymətinin belə dəyişməsi əhalinin təminatını ödəyəcək qədər məhsul istehsal olunmadığından xəbər verir:
 
“Istehsal yetərincə, hətta az istehsal olsaydı belə, onun qiyməti belə artmazdı. Hökumətə yaxın şəxslər, məmurlar iddia edir ki, ölkədə istehsal olunan təxminən 1,4 milyard ədəd yumurta əhalinin tam təminatını ödəyə bilər. Lakin bu, kökündən yanlışdır. Çünki ÜST-ün müəyyən etdiyi normaya görə adambaşına ehtiyac ildə təxminən 260-280 ədəddir. Bu da hazırkı istehsaldan hardasa iki dəfə çox deməkdir. Ona görə yumurtanın qiymətində kəskin artımı müşahidə edirik”.
 
Ekspert söyləyir ki, ölkədə əhalinin təminatını ödəyəcək qədər yumurta istehsal edilmir. Həmin sahə inhisarda olduğu üçün onlar idxalın qarşısını alırlar. Idxala imkan yaradılmadığı üçün də ölkəyə ucuz yumurta gətirilmir. Nəticədə daxili bazarda qiymətin nisbətən enməsinə imkan verilmir. Yumurtanın istehsalında lazım olunan istehsal vasitələri xaricdən gətirildiyi üçün onun maya dəyəri də yüksək olur.azadliq/
 

Google+ WhatsApp ok.ru