Yunanıstan qarışır: “Hakimiyyət getməlidir”

Yunanıstanın baş naziri vəzifəsindən istefa verməlidir. 
 
Bu tələblə PASOK Yunan Sosialist Partiyası çıxış edib. 
 
Onların sözlərinə görə, Çipras məsuliyyətli qərarları qəbul edə bilmirsə, vəzifəsindən istefa verməli, bununla da insanlara şans verməlidir ki, seçkilər yolu ilə ölkənin gələcək taleyini həll etsinlər. 
 
Qeyd edək ki, Çipras daha öncə Yunanıstan iqtisadiyyatının yardım proqramı üzrə ümummilli referendumun iyulun 5-də keçiriləcəyini bildirib.
 
Yunanıstan baş naziri Aleksis Tsipras isə ölkə iqtisadiyyatına yardım proqramı üzrə ümummilli referendumun keçiriləcəyini elan edib.

"Agence France-Press" xəbər verir ki, baş nazir referendum günü üçün 5 iyul tarixi seçildiyini də bildirib.
“Hansısa məcburiyyət olmadan nə etmək lazım olduğunu xalq seçməlidir”- deyə Tsipras millətə videomüraciəti zamanı deyib. Baş nazir həmçinin referendum keçirilənədək yardım proqramının davam etməsi üçün AB-dən xahiş edəcəyini də deyib.
Qeyd edək ki, bundan əvvə baş nazir Yunanıstanın Avropa Birliyində qalacağını bildirmişdi.

Müxalifət fəalları referendum qərarına kəskin etirazlarını bildiriblər. /

Google+ WhatsApp ok.ru