Yuzlərlə insan Lökbatandan Qarabağ yürüşünə çıxdı,Polis  qarşılarını kəsdi

Yuzlərlə insan Lökbatandan Qarabağ yürüşünə çıxdı,Polis qarşılarını kəsdi

İyulun 12-dən 13-ə keçən gecə bir neçə yüz insan "Qarabağ!" şuarı ilə (iyulun 12-də Tovuz istiqamətində atışmanın baş verməsi və 3 hərbçimizin şəhid olması fonunda) Lökbatandan yürüs keçirib.

Maide.Az "azadliq.info"a istinadla xəbər verir ki, aksiya iştirakçıları "Qarabağ", "Şəhidlər ölməz, vətən bölünməz" şüarları səsləndiriblər. Polislər bir neçə yerdə onları dayandırmağa çalışıb, amma dayandıra bilməyib.

Lakin Binə Ticarət Mərkəzinin yaxınlığında Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun və DİN-in yüksək səlahiyyətlilərinin müşaiyəti ilə Çevik Polis Alayı yürüşün qarşısını kəsib və aksiyaçıları saxlayıb.

İlkin qeyri-rəsmi məlumatlara görə, 40 nəfərdən çox saxlanılan var.

Google+ WhatsApp ok.ru