Özəl klinikalar bağlanır

Mərkəzi Bankın “üzən məzənnə” siyasətinə keçidi və manatın növbəti şok devalvasiyası cəmiyyətdə çaaşqınlıq yaratmaqla bərabər, bütün sahələrə mənfi təsirlərini göstərməyə başlayıb.
 
Devalvasiyanın doğurduğu ağır iqtisadi şərait müxtəlif qurumlarda ixtisarları labüdləşdirib.
 
Hətta Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) əlavə xərcləri azaltmaqla qənaət rejiminə keçdiyini bəyan edib.
 
 
Bununla yanaşı, bank sektoru, özəl xəstəxanalar ixtisarlar gedəcək sahələrin önündə gəlir.
 
bir sıra özəl klinikalarda çalışan tibbi personalın verdiyi məlumata görə , dünəndən etibarən işdən çıxarılma ilə bağlı xəbərdarlıq alıblar. Hətta məsələ ilə bağlı bir çox xəstəxana rəhbəri işçilərlə görüşüb, vəziyyəti müzakirə edib.
 
Bakıda kifayət qədər məşhur olan klinika rəhbəri indiki vəziyyətdə işçi heyətinə əmək haqqı ödəmək iqtidarında olmadığını bildirərək, xəstəxananı bağlayacağını deyib. Eyni halın daha bir neçə özəl xəstəxanada yaşandığı bildirilir.
 
Bu gün Azərbycanda 500-dən çox özəl klinikanın fəaliyyət göstərdiyini, onların hər birində onlarla insanın çalışdığını və həmin xəstəxanaların böyük əksəriyyətinin bağlanmaq təhlükəsilə üz-üzə gəldiyini nəzərə alsaq, demək ki, Azərbaycanda səhiyyə sahəsində də böyük işsizlər ordusunun yaranmasına çox qalamyıb… Modern.az /
 

Google+ WhatsApp ok.ru