Zəvvarlar Astara sərhəd buraxılış məntəqəsində yaranan sıxlığa etiraz edir - VİDEO

Zəvvarlar Astara sərhəd buraxılış məntəqəsində yaranan sıxlığa etiraz edir - VİDEO

Ərazidə insaların təbii və fiziki ehtiyaclarını ödəməsi üçün heç bir infrastruktur yoxdur
 
Maide.Az xəbər verir ki,"Report"un məlumatına görə, zəvvarların "Ərbəin" ziyarətinə getməsi Astara Sərhəd-Nəzarət Buraxılış Məntəqəsində (SNBM) tıxacların yaranmasına səbəb olub. 
 
Verilən məlumata görə, axşam saatlarından buraxılış məntəqəsinə çatan zəvvarlar uzun növbə gözləməli olurlar. Zəvvarlar bildiriblər ki, növbədə gözləyərkən məntəqənin giriş qapısında sıxlıq yaranıb. 
 
"Növbə yaranan ərazidə insaların təbii və fiziki ehtiyaclarını ödəməsi üçün heç bir infrastruktur yoxdur. Növbə zamanı isə qocalar, xəstələr, uşaqlar və qadınlar əzilirlər", - zəvvarlardan biri əlavə edib.
 
Qeyd edək ki, Astara Gömrük İdarəsinin Astara Sərhəd-Nəzarət Buraxılış Məntəqəsi (SNBM) saat 9-dan 20-ə dək fəaliyyət göstərir. Zəvvarlar növbə tutmaq üçün buraxılış məntəqəsinin qarşısına axşam saatlarından yığılırlar. 
 
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Maide.Az-a verilən məlumata görə, sıxlığın aradan qaldırılması məqsədilə Astara Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
 
Belə ki, son 1 gündə Astara Gömrük İdarəsi vasitəsi ilə 49 ədəd avtobus, 40 ədəd yüngül minik avtomobilinin, 3700-dən artıq sərnişinin keçidi təmin olunub ki, bu da sərhəd-keçid məntəqəsinin potensialından 3 dəfə çoxdur.
 
Hazırda ötən günlə müqayisədə sərhəd-keçid məntəqəsində sıxlıq azalıb və bu istiqamətdə həyata keçirilən müvafiq tədbirlər nəticəsində günün sonuna qədər sıxlıq tam aradan qaldırılacaq. /
 
 
 

Google+ WhatsApp ok.ru