Zakir Fərəcov Sumqayıt yarmarkasını bağladı

Sumqayıta yeni təyin olunmuş icra başçısı Zakir Fərəcov artıq qolunu çırmayaraq şəhərdə “yenilik”lər etməyə başlayıb. Z.Fərəcov Sumqayıt şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı yarmarkasının fəaliyyətinə dayandırmasına göstəriş verib. Keçmiş başçı Eldar Əzizov çox çalışsa da Sumqayıt yarmarkasının nə başqa yerə köçürülməsinə, nə də fəaliyyətinin dayandırılmasına nail ola bilməmişdi.
 
İnsaf naminə qeyd edək ki, Sumqayıt yarmarkası Mərkəzi bazar və digər ticarət obyektlərdən ucuzluq baxımından fərqlənirdi. Nədən ki, bazara meyvə-tərəvəz gətirənlərin 70%-i zəhmət adamlarının özləri idi. Yeni başçı bunu da sumqayıtlılara çox gördü.
 
Xatırladaq ki, Sumqayıt şəhər kənd təsərrüfatı yarmarkası icra başçısının müavini Akif Quliyevin nəzarətindədir. Vaxtilə E.Əzizov müavini A.Quliyevi işdən çıxarmağa bir neçə dəfə həmlə etsə də, DSX rəisi E.Quliyev səddini keçə bilməmişdi.
Artıq Z.Fərəcov erası başlayıb, daş qayaya rast gəlib. Hiss olunur ki, Z.Fərəcovun kürəyində “güclü əl” var. O işə başladığı gündən bir çoxlarına barmaq silkələməyi bacarıb. Hətta keçirdiyi birinci müşavirə zamanı Sumqayıt şəhər təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərovu zaldan qovub.
Sumqayıt şəhərini gəzərkən Heydər Əliyev prospekti, İcra Hakimiyyətinin ətrafındakı yer səthindən 1,05 metr hündürlüyündə binalara vurulmuş üzlük daşlarının sökülməsinin şahidi olduq. Bu, İH başçıları arasında ənənə halını almış “yenidənqurma” vasitəsidir. Z.Fərəcov da ənənəyə sadiqdir… azadliq /

Google+ WhatsApp ok.ru