Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldı

“Yeni Müsavat” qəzetinin köşə yazarı, tanınmış jurnalist Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə musavat.com-a açıqlamasında jurnalist özü bildirib. Jurnalistin idarəyə hansı səbəbdən çağırıldığı bilinmir. Bu barədə onun özünə də hər hansı məlumat verilməyib. 
 
Jurnalist ona zəng edən BŞPİ nümayəndəsinə idarəyə gəlməyəcəyini desə də, qarşı tərəf ona “özünüz gəlməsəniz yoldan tutub aparacağıq” hədəsini ünvanlayıblar. Musavatın əməkdaşı saat 19.00-da idarədə olmalıdır. musavat /

Google+ WhatsApp ok.ru