Zaqatalada vəzifəli şəxslərin saxlanıldığı bildirilir 31 May 2016 01:00 Ölkə Hüquq mühafizə qurumlarının Zaqatala şəhərində xüsusi əməliyyat keçirdiyi bildirilir. APA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bir neçə vəzifəsi şəxsi həbs edib. Həbs edilənlər arasında rayonun icra hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin müavini Məhəmməd Kələşovun və daha bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir. Saxlanılan şəxslərdən silah və narkotik götürüldüyü deyilir. Olayla bağlı, hələlik, sözü gedən vəzifəli şəxslərin, onların vəkillərinin və əlaqəli hüquq mühafizə qurumlarının rəsmi açıqlaması yayılmayıb. Teqlər : #Zaqatalada vəzifəli şəxslərin saxlanıldığı bildirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda kişilərin 60 faizi, qadınların isə 10 faizi siqaret çəkir T.Bağırzadə ailəsi ilə görüşə bilmir