Özbəkistanda Skype və You Tube qadağan edildi

Özbəkistanda pulsuz danışığı təmin edən “Skayp” qadağan edilib. Bir qədər sonra isə “Yutub” hostinqinə də girişin qadağan edildiyi məlum olub.
 
Maide.az xəbər verir ki, hostinq istifadəçilərinin video hostinqə giriş qadağası artıq 1 həftədir davam edir. Yerli internet provaydarləri də yayılan xəbərləri təsdiqləyib.
 
Durumla bağlı rəsmi "Uzbektelecom" şirkətinin nümayəndəsi deyilənləri qismən təkzib edən açıqlama verib. Onun sözlərinə gərə, hazırda ölkədə texniki nasazlıqların aradan qaldırılması prosesi gedir.
“Amma hazırda YouTube ilə bağlı heç bir narahatlıq yoxdur. Skayp ilə isə yazılı əlaqə saxlamaq mümkündür. Əgər həqiqətən də internet vasitəsilə danışmaq istəyirsinizsə, Mail.ru ilə danışa bilərsiniz”, - deyə şirkət rəsmisi ikibaşlı cavab verib./

Google+ WhatsApp ok.ru