Özbəkistan hərbiçilər andiçmə mərasimində Qurana and içəcək

Özbəkistan hərbiçilər andiçmə mərasimində Qurana and içəcək

Özbəkistanın daxili işlər nazirliyi elan edib ki, ölkənin hərbi akademiyasının məzunları, hərbiçilər və polis işçiləri andiçmə mərasimində Qurani-Kərimə and içəcək. 
 
Maide.Az “İQNA”a istinadən xəbər verir ki, bu barədə məlumat yayan Özbəkistan Azadlıq radiosu qeyd edib ki, Özbəkistanın daxili işlər nazirliyi hərbi akademiya məzunlarının Qurani-Kərimə and içməsi ilə bağlı tabeliyində olan idarə və qrumlara tapşırıq göndərib. Bu göstərişə əsasən bundan sonra Özbəkistanda zabit və hərbiçilər andiçmə mərasimində Qurani-Kərimə and içəcək.  
 
Özbəkistanın prezidenti Şövkət Mirmanoviç Mirzayevin xüsusi əmri əsasında həyata keçirilən bu addım ölkədə fəsadla mübarizə və islahatlar məqsədilə atılıb. 
 
Özbəkistan Azadlıq radiosuna müsahibə verən bir polis əməkdaşı vurğulayıb: Hərbiçilərin və polis nəfərlərinin andiçmə mərasimində din alimləri də iştirak edəcək, hərbiçilər və polislərin andiçmə mərasiminə aid işlərin din və şəriət əsasında yerinə yetirilməsinə nəzarət edəcəklər.  
 
 
 

Google+ WhatsApp ok.ru