Özbəkistanın Buxara şəhərində 900 il yaşı olan kiçik qəbir daşı tapılıb - FOTO

Özbəkistanın Buxara şəhərində 900 il yaşı olan kiçik qəbir daşı tapılıb - FOTO

Özbəkistanın Buxara şəhərinin qədim hissəsində, Molla Payravi məscidində yenidənqurma və bərpa işləri zamanı 13/48 santimetr ölçüdə düzbucaqlı qəbir daşı aşkar olunub.
 
Özbəkistan Mədəniyyət Nazirliyi yanında Mədəni İrs Departamentinin əməkdaşları qəbir daşını öyrənmək üçün Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutuna göndəriblər. İnstitutda daşın üzərindəki epitafiyanı oxumaq mümkün olub.
 
Daşın üzərində ərəb hərifləri ilə “Hicri 563-cü il rəcəb ayında (yeni təqvimlə 1168-ci ilin may ayı) burada “Əl-fakix Əhməd Ammor əl-Ənsəri dəfn olunub” sözləri yazılıb. Hazırda alimlər bu adamın şəxsiyyətini müəyyənləşdirirlər.
 
Alimlərin fikrincə, bu, çox nadir tapıntıdır. Çünki indiyədək hesab olunurdu ki, belə kiçik ölçüdə qəbir daşları ancaq Səmərqənd, Fərqanə və Daşkənddə mövcuddur. Belə bir qəbir daşının Buxarada aşkar edilməsi Özbəkistan tarixində ilk hadisədir.

Google+ WhatsApp ok.ru