Ziya Məmmədovun nazirliyi başa çatdı

Ziya Məmmədovun nazirliyi başa çatdı

Azərbaycan prezidenti İlham Əliyev fevralın 13-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılacaq.
 
Sənəddə Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.
 
Prezidentin sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə yeni yaradılan quruma nazir təyin edilib.
 
Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsinə Ziya Məmmədov münasibət bildirib.
 
O, musavat.com-a açıqlamasında deyib ki, bu mövzunu hələlik şərh etmək istəmir: "Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nolacaq, necə olacaq"
 

Google+ WhatsApp ok.ru