Zığ qəsəbə sakinləri aksiya keçirdi - FOTO

Bu gün Bakının Zığ qəsəbə sakinləri günorta saat 14:00 radələrində aksiya keçirib. 
 
Qəsəbə sakinlərindən Maide.Az-a verilən məlumata görə,  aksiya iştirakçıları bildiriblər ki, Bakının Zığ qəsəbə sakinlərinin  I Avropa oyunlarında  keçirdikləri aksiyadan sonra  qəsəbənin S.Həmidov, Xanlar küçələrində yeni su xətti çəkilib.  Lakin həmin vaxt “Azərsu ASC” Zığ qəsəbəsinin H.Aslanov , M.E.Sabir küçəsi və H.Allahverdiyev küçələrinin bəzi hissəsini görməzdən gəlib və həmin yerlərə su çəkilişi həyata keçirilməyib. “Artıq 3 aydır ki, bütün işlər dayandırılıb və işi həyata keçirən şirkət bütün texnikanı toplayıb və ərazini tərk edib. Şİrkətin iş icraçısı Qürbət kişi və fəhlələr sakinlərə deyiblər ki, 6 aydı maaş ala bilmirik və bizdən bu qədər. Azərsudan isə hələ bir xəbər yoxdur”,-deyə sakinlər bildiriblər. 
 
Qəsəbə sakinlərinin bildirdiyinə görə, kimin pulu var ayda 20-40 manat pul verib bir və ya iki dəfə çənləri su ilə doldururlar. "Pulu olmayanlar isə uzaq məsafələrdən plasmas qablarda su daşıyırlar. Havalar isindikcə, sakinlər daha çox enerji və pul xərcləyirlər. Hərdən də “Azərsu” səyyar su maşını ilə gəlib 1 ton su verir.”,-deyə sakinlər bildiriblər
 
Aksiya keçirilən zaman Azərsu-nun səyyar su maşını su gətirsədə sakinlər həmin sudan imtina etdilər və bildirdilər ki, bu su ailələrə çatmır. "Sakinlər qəsəbənin yarısına su xəttinin çəkildiyi kimi digər qalan hissəsinə də suyun çəkilməsini istəyirlər. Onlar ölkə prezidenti və digər aidiyyatı qurumlardan qəsəbə sakinlərinin problemini həll etməyə çağırıblar." 
 
Qeyd edək ki,  Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi bir müddət öncə  bildirmişdi ki, 2014-2016-cı il dövlət proqramı çərçivəsində qəsəbəyə su veriləcək. Yeni Günəşlidə tikilən 100 min tonluq su anbarı ilə Zığ qəsəbəsi su ilə təmin olunacaq. İş yekunlaşmaq üzrədir. 
 
 
 
 

Google+ WhatsApp ok.ru