Öz tarixi faciəmizi işıqlandırmaq əvəzinə, başqa millətlərin faciəsini niyə təbliğ edirlər?!

Xəzər tv-dən tutmuş, ictimai kanala qədər, ATV-dən tutmuş, Speysə qədər (ANS kanalı bir qədər istisna olmaqla), xalq utanır sizin yerinizə, sizə ayrılmış həmin dövlət pullarını necə yediniz?!

 

Xəbərlent.az-ın verdiyi məlumata görə, bu sözləri şərqşunas-yazar Vüsal Hətəmov öz feyzbuk profilində xalqımızın qanlı yaddaşı olan 20 Yanvar ərəfəsində telekanallarda başqa millətlərin, xüsusilə də yəhudilərin tarixindən bəhs eden filmlərin yayımlanmasını tənqid edərkən deyib. Həmin fikirləri olduğu kimi aşağıda veririk:

 

"Yəhudi soyqırımını qeyd edirik, ya 20 YANVAR faciəsini?! Dünəndən bu biabırçı telekanallar "Pianoçu", "Şillerin siyahısı", nə bilim daha hansıları yayımlamaqla məşğuldur...


Niyə bu neçə ildə səviyyəsiz teleseriallar əvəzinə bizim qanlı, faciəvi tariximiz haqda filmlər çəkilmədi? "Fəryad", "Dolu" filmləri istisna olmaqla, son dövrdə babat bir film tapılmır ki, teleməkanda verə bilsinlər. Bərbad və sanki yiyəsiz telekanallarımız ancaq o ölkənin-bu ölkənin  saxta, ziddiyyətli "tarixi faciələrini" təbliğ edən kinoları yayımlayır...

 

Xəzər tv-dən tutmuş, ictimai kanala qədər, ATV-dən tutmuş, Speysə qədər (ANS kanalı bir qədər istisna olmaqla), xalq utanır sizin yerinizə, sizə ayrılmış həmin dövlət pullarını necə yediniz?! Bir dənə ortaya çıxarılası film, serial çəkə bilmədiniz... Heç özünüz də bəlkə qayıdıb ikinci dəfə, ola bilsin ki, elə birinci dəfə də öz seriallarınıza baxmadınız. Dünya öz tarixini effektiv görüntülü kinolarla təbliğ etdiyi bir zamanda siz ancaq, arvad paltarında şou göstərən kişi artistlərdən, təlxəklərdən ibarət, mövzusu olmayan seriallar çəkirsiniz, aktuallığını itirmiş məişət, küçə mövzularını ssenariləşdirirsiniz. Gələcək nəslimiz kinolarımıza baxanda gözlərinin önündə tarixi şəxsiyyət, tarixi hadisə kimi ancaq mütrüf, səviyyəsiz müğənni, ucuz rollar oynayan artistlər canlanacaq." birlik.az /

Google+ WhatsApp ok.ru