Çörəklər daşınarkən çirkləndirilir – Ekspertdən etiraz

Çörəklər daşınarkən çirkləndirilir – Ekspertdən etiraz

Çörəyin arabalara, yeşiklərə açıq şəkildə və əlcəksiz boşaldılması yolverilməzdir. Məmulatların ticarət şəbəkələrinə daşınması, qəbulu və satışı sanitariya qaydalarına və gigiyena normalarına uyğun olaraq həyata keçirilməlidir.
 
Bu sözləri Azad İstehlakçılar İB-in sədri Eyyub Hüseynov çörək məmulatlarının ticarət şəbəkələrinə daşınmasında yol verilən xətalara münasibət bildirərkən deyib. O bildirib ki, çörək fabrikləri tərəfindən mağazalara, marketlərə çörək verilişi zamanı sanitariya qaydalarına əməl olunmur:
“Əslində, nəzarət orqanları tərəfindən verilmiş sanitariya pasportu olmayan avtonəqliyyat vasitələrində çorək məmulatlarının daşınmasına yol verilmir. Bu məsələ dəfələrlə müzakirəyə çıxarılıb, dövlət qurumlarına məsələnin həlli ilə bağlı müraciətlər edilib. Artıq iki ilə yaxındır ki, ölkə başçısı tərəfindən biznes qurmaq istəyənlər üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə edənlərin sayı artıb. Yaradılmış şəraitdən sui-istifadə edənlər tərəfindən təhlükəli qida, o cümlədən təhlükəli, çirklənmiş çörəklərin istehsalı və mağazalara paylanması həyata keçirilir. Bu işlərin qarşısını almaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respunlikası İqtisadiyyat Nazirliyi birgə tədbirlər görməlidir. Çünki tədbirlərin görülməsinə böyük ehtiyac var”.
 
Eyyub Hüseynov Qida Təhkükəsizliyi Agentliyinin yaradılmasından sonra vəziyyətinin dəyişəcəyinə inandığını da vurğulayıb:
“10 fevral 2017-ci il tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Həmin fərmanda ölkədə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması nəzərdə tutulur. Fərmana əsasən istər çörək, istərsə də digər qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləmə, gigiyenik sertifikatlaşdırma işinin aparılması və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində müəyyən işlər görüləcəyi gözlənilir. Bu fərmanla artıq qida məmulatlarının istehsalı zamanı HASSP sisteminin tətbiq olunması nəzərdə tutulur. Bu sistemin tətbiq olunması ilə çörəyin daşınması zamanı çirkləndirilməsinin qarşısı alınacaq”. (axar.az) /

Google+ WhatsApp ok.ru