İmam Əlinin (ə) hərəminin eyvanında yanğın olub

İmam Əlinin (ə) hərəminin eyvanında yanğın olub

-- Bu gün

Nəcəfdə İmam Əlinin (ə) hərəmində bu gün səhər yanğın baş verib. 
 
Maide.Az  İraq KİV-lərinə istinadən xəbər verir ki, yanğın  İmam Əlinin (ə) hərəminin eyvanlarından olan Həzrət Zəhra (s) eyvanının zirzəmisində baş verib. 
 
Hadisə yerinə yanğınsöndürənlər gəlib və  yanğın söndürülüb.   Xəsarət alanların olmadığı bildirilir. 
 
Hələlik dəymiş ziyan barədə məlumat verilməyib.  
 

Google+ WhatsApp ok.ru