İmişli sakinləri qaz tələbi  edir!

İmişli sakinləri qaz tələbi edir!

-- Etiraz edənlər Bəhramtəpə-Biləsuvar yolunu bağlayıblar.

İmişli rayonunun uzun illərdir evlərinə qaz xəttinin çəkilməsini tələb edən Hacıalmuradlı və Xəlfəli kəndlərinin sakinləri etiraz aksiyası keçiriblər.
 
Maide.Az "Virtualaz.org"-a istinadən xəbər verir ki,  etiraz edənlər Bəhramtəpə-Biləsuvar yolunu bağlayıblar.
 
Aksiyanın keçirildiyi yerə polis qüvvəsi cəlb olunub və onlar etiraz edənləri ərazidən qovublar. Saxlanılanların olduğu deyilir.
 
İmişli Rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayon ərazisində qazlaşdırma üzrə tədbirlər davam etdirilir, işlərin 90 faizi başa çatıb və növbə tezliklə göstərilən kəndlərə çatacaq.
 

Google+ WhatsApp ok.ru