İngiltərədə müsəlman uşaqlar təhlükə qarşısındadır

İngiltərədə müsəlman uşaqlar təhlükə qarşısındadır

-- Aparılmış təhqiqatın nəticələri bunu deməyə əsas verir

Son illərdə İngiltərədə nifrət və irqçilik halları artıb. Londonda yaşayan bir qrup uşaqlar arasında aparılmış təhqiqatın nəticəsi göstərir ki, düşmənçilik artıq onların həyatının bir parçasında çevrilib. 
 
Madie.Az-ın IFPress-ə istinadla məlumatına görə,  nifrət və irqçilik halları o qədər artıb ki, hətta bəzi müsəlman uşaqlar  məscidə getməkdən belə çəkinir. 
 
Aparılmış tədqiqatın rəhbəri  “Vener” uşaq mərkəzinin  ailə və uşaq işləri üzrə eksperti Səham əl-Qasim deyib ki,  sorğularda iştirak edən  uşaqların əksəriyyəti  müsəlman olmaq üçün çətin dövün olduğunu etiraf edib.
 
Kings Universiteti və Londonun İslam Sosial Dəstək Mərkəzinin dəstəyi ilə aparılmış təhqiqatın nəticəsinə görə,  müsəlman uşaqlar öz dinlərinə görə təhlükəsizlik problemi yaşayır. 
 
S.əl-Qasim deyib ki,  müsəlman uşaqların  gündəlik həyatında hücuma məruz qalmaq qorxusu  ən önəmli məsələdir. 
 
Təhqiqatda iştirak edən şagirdlər  dini inanclarına əməl etdikdə  məsxər edilir və onlara davamlı qorxu gəlinir. 
 
S.əl-Qasim  müsəlman uşaqlara qarşı  irqçi davranışlar haqqında xəbərdarlıq edib və bunun uşaqlara dağıdıcı təsir göstərə biləcəyini önə çəkib. O çıxış yolu kimi, cəmiyyətdə  maarifləndirmə işlərinin aparılmasını zəruri hesab edir.  
 
S.əl-Qasim  gələcəkdə öz təhqiqatını  məktəblərdə İslamofobiya mövzusu ilə davam etdirmək niyyətindədir.

Google+ WhatsApp ok.ru