İnternetin kompüterlərinizi yoluxdurma təhlükəsindən xəbəriniz var? 13 Noyabr 2017 02:00 Maraq dünyası -- İnternet üçün ən təhlükəsiz ölkələr hansılardı Azərbaycanda kompüterlərin 21,14 faizi internet vasitəsilə yoluxma riskinə məruz qalır. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə “Kasperski laboratoriyası”nın 2017-ci ilin 3-cü rübü üzrə “İnformasiya təhdidlərinin inkişafı” icmalında deyilir. Bu ilin birincü rübü ilə müqayisədə bu göstərici 7,3 faiz azalıb. Azərbaycan bu göstərici ilə 20 ölkə arasında 7-ci yerdə qərarlaşıb. İlk onluqda Belarus, Əlcəzair, Rusiya, Ermənistan, Moldova, Yunanıstan, Qırğızıstan, Özbəkistan və Albaniya yer alıb. İcmalda qeyd olunub ki, internet üçün ən təhlükəsiz ölkələr İran, Sinqapur, Puerto-Riko, Niger və Kuba hesab olunub. Teqlər : #İnternetin kompüterlərinizi yoluxdurma təhlükəsindən xəbəriniz var?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın ən kiçik kitabxanası telefon köşkündə yerləşir Feysbukda `bəyən` düyməsi yığışdırılır