İran radio-televiziya şirkətinin Bakıdakı ofisində yeni müdir fəaliyyətə başlayıb 30 Avqust 2016 01:00 Ölkə İran İslam Respublikasının radio-televiziya şirkətinin Bakıdakı ofisinə yeni müdir təqdim olunub. Maide.az İran səfirliyinə istinadən xəbər verir ki, bu vəzifədə bundan sonra Əmir Kərəmi çalışacaq. O, Mehdi Rasini əvəz edəcək. Bu gün İranın Azərbaycandakı səfiri Möhsin Pakayin, İranın Azərbaycandakı diplomatik korpus nümayəndəliyinin və İran televiziyasının Bakı nümayəndəliyinin işçilərinin iştirakı ilə mərasim keçirilib, yeni müdir nümayəndəliyin işçilərinə təqdim olunub. Çıxış edən İranın Azərbaycandakı səfiri M. Pakayin deyib ki, Azərbaycan və İran arasında əlaqələr inkişaf tempi üzrə hərəkət edir. "Əlaqələrin inkişafında KİV-lərin rolu çox önəmlidir. Mən cənab M. Rasinin iki ölkə əlaqələrini möhkəmlənməsi istiqamətində gördüyü işlərə görə təşəkkürümü bildirirəm. Yeni müdirə işlərində uğur arzulayıram. Azərbaycan və İran arasında KİV-lərin əlaqalərini inkişafı iki dost və qardaş olan xalqın əlaqələrini inkişafı üçün dayaq ola bilər". Əmir Kərəmi indiyədək İran İslam Respublikasının radio-televiziya şirkətinin xəbər və təhlil şöbəsinin direktoru vəzifəsində çalışıb. O fars dili ilə yanaşı, Azərbaycan və Kürd dillərini də bilir. / Teqlər : #İran radioteleviziya şirkətinin Bakıdakı ofisində yeni müdir fəaliyyətə başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda həkimlərin sayı azalıb Aclıq edən cəllad Çovdarov 12 kilo arıqlayıb - Səhhəti pisləşib