İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?

Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
 
Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz  18-23° isti,
Bakıda gecə  14-16°, gündüz  21-23° isti olacaq.
 
Atmosfer  təzyiqi 761 mm civə sütunu, nisbi rütubət  gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək. 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman gözlənilir. Şərq küləyi  ayrı-ayrı yerlərdə  arabir güclənəcək.
 
Havanın temperaturunun gecə  7-12°, gündüz  19-24° isti, dağlarda gecə 1-6°, gündüz 9-14° isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru