Əhalisinin 5 faizi bir təhər dolanan ölkə

Əhalisinin 5 faizi bir təhər dolanan ölkə

“Exo” qəzetində diqqəti “Azərbaycanın 5 faizə qədər əhalisi bir təhər dolanar” sərlövhəli məqalə cəlb edir.
 
Müəllif ölkə əhalisinin istehlak imkanlarını ekspert Fuad Əlizadə ilə araşdırır.
 
F.Əlizadə deyib ki, iki devalvasiya ilə əlaqədar son iki ildə əhalinin istehlak imkanları kəskin azalıb. Əhalinin 5 faizi bir təhər dolanır:
“Onların pulları hətta yeməyə də çatmır. Amma bu heç də o demək deyil ki, qalan 95 faizi “keyfi istəyən kimi” yaşayır. Rəsmi məlumatlara görə, ölkə əhalisinin 5 faizi yoxsulluqdan aşağı həddədir. Bununla bağlı ekspertlər müxtəlif rəqəmlər səsləndirirlər. Odur ki, birmənalı olaraq hansısa rəqəmi göstərmək olduqca çətindir”.
 
Ekspert vurğulayıb ki, rəsmi statistik məlumatlara görə, vətəndaşların gəlirlərinin 50 faizi ərzaq məhsullarına gedir:
“Ölkədə artan qiymət fonunda gəlirləri müstəsna olaraq yalnız qida məhsullarına və zəruri xərclərə yetən vətəndaşların sayı artır. Ötən iki il ərzində ən zəruri məhsulların (idxal malları) müntəzəm bahalaşdığını müşahidə edirik və bu fonda vətəndaşlar real gəlirlərinin azaldığını daha tez hiss edirlər”.
 
Müəllif rəsmi statistik rəqəmlərə istinadən xatırladır ki, 2017-ci ilin yanvar-iyul aylarında keçən ilin eyni dövrü ilə müqayisədə ərzaq malları 14 faiz bahalaşıb:
“Baxmayaraq ki, manatın məzənnəsi sabitdir, amma daxili bazarda idxal mallarının bahalaşması müşahidə edilir. Bu da təbii ki, çoxsaylı suallar doğurur və cəmiyyətdə əhval-ruhiyyə gərginləşir. Biz süni qiymət bahalaşması ilə mübarizə aparmaq gücündə deyilik. İnzibati üsullarla isə məsələni həll etmək heç mümkün deyil”.
 
Ekspert vəziyyətdən çıxış yolunu inhisarlarla mübarizədə görür. /

Google+ WhatsApp ok.ru