Əllərdəki ləkələr necə yox edilir

Əllərdəki ləkələr necə yox edilir

1. Aloe vera geli
Əllərimiz bir çox xarici təsirlərə məruz qalır. Əgər hər gün bir az aloe vera gelindən istifadə edilsə, dərinin yenilənməsinə köməkçi ola bilərsiniz. Bu təbii gel bərpaedici və qüvvətləndirici təsiri ilə ləkələri yox edərək əl dərisini müalicə edir, dərinizi günəşdən qoruyur.
 
2. Limon suyu
Limon suyu qədim zamanlardan bəri çox istifadə edilən təbii bir vasitədir. Bunu istifadə edərək əllərinizdəki ləkələri az-az yox edə bilərsiniz. Lakin bunu gecə vaxtında istifadə etməniz çox əhəmiyyətlidir. Əgər limon suyu ilə qabıqlı dərimiz günəş ilə təmasa keçsə olduqca zərərli ola bilər.
Ona görə limon suyunu belə istifadə etməliyik: yarım limonun suyunu iki dilim xiyar ilə qarışdırın. Ardından limon suyu ilə islanmış xiyar parçalarını əllərinizin üzərinə qoyun və 20 dəqiqə saxlayın. Sonra əllərinizi normalda olduğu kimi yuyun.
 
3. Oksigenli su
Bu müalicə üsulu ilə diqqətli olmağınız lazımdır. Bəzi insanlar oksigenli suya yaxşı reaksiyalar vermirlər, qaşıntıya səbəb ola bilər. İstifadə edib istifadə edə bilməyəcəyinizə özünüz qərar verməlisiniz. İstifadə etmə forması isə olduqca sadədir: axşam oksigenli suya batırılıb isladılmış bir parça pambığı əllərinizin üzərinə qoyun və dərinin oksigenli suyu çəkməsini gözləyin. Əllərinizi yumayın, gecə buraxın və təsir etməsinə icazə verin.
 
Gördüyünüz kimi üsulların çoxu gecə tətbiq olunmaq üçündür, beləcə əllərinizi günəşin mənfi təsirlərindən qorumuş olarsınız. Yalnız aloe vera geli günəşə qarşı bir qoruma təmin edir. Əllərinizdəki ləkələri ortadan qaldırmağa yarayan bu sadə müalicə üsullarını sınamaqdan çəkinməyin. (deyerler) /

Google+ WhatsApp ok.ru