Ələt-Astara magistralının Cəlilabad ərazisindən keçən hissəsində son durum - FOTO 28 Oktyabr 2016 01:00 Ölkə Təmir-bərpa işləri davam edir Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində təmir-bərpa işləri davam edir. Xəbər verilir ki, rayonun Alar kəndinə cəlb edilmiş texnikaların, işçi qüvvəsinin köməkliyi ilə magistral yolda nəqliyyatın hərəkəti bərpa olunub. Hazırda sel sularının magistral yolda yaratdığı fəsadlar aradan qaldırılır. Qeyd edək ki, ötən gün rayonun Cəfərxanlı kəndi ərazisində su bəndinin dağılması nəticəsində İncəçay çayında suyun səviyyəsi artıb və çay daşıb. Körpü dağılaraq Ələt-Astara yolunun bağlanmasına səbəb olmuşdu. Yol bağlı olduğundan nəqliyyat vasitələri alternativ olaraq, Təzəkənd, Üçtəpə, Cəfərxanlı və Gülməmmədli avtomobil yolundan istifadə edirdi. (report) / Teqlər : #ƏlətAstara magistralının Cəlilabad ərazisindən keçən hissəsində son durum FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çaylarda sululuq artıb Sabahın hava PROQNOZU