“CHAARGO” portmaneti cihazları məsafədən enerji ilə dolduracaq

“CHAARGO” portmaneti cihazları məsafədən enerji ilə dolduracaq

Cari ilin iyulunda təqdim ediləcək “CHAARGO” adlı qeyri-adi simsiz enerjidoldurma qurğusu cihazların şarj problemini həll edəcək. “CHAARGO” – bu, portmanet formasında 4000 milliamper/saat tutuma malik nazik enerjidoldurma qurğusudur. Cihazı enerji ilə doldurmaq üçün onu portmanetin üzərinə qoymaq kifayətdir.
 
Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, “CHAARGO” qurğusu dəri/alüminium kombinasiyasından hazırlanıb və “Qi 1.2” sürətli simsiz enerjidoldurma standartını dəstəkləyir. Enerjidoldurma qurğusu 2,1 amper gücündə adapter və “USB-C” kabellə enerji toplayır. Batareyanın statusu rəngli LED indikatorla əks olunur.
 
Portmanet formasında hazırlanmış “CHAARGO” qurğusu aşağıdakı hissələrdən ibarətdir:
 
· Pul üçün yer;
· Sikkələr üçün cib;
· Kartlar üçün 3 ədəd böyük yer.
 
Portmanetin fiziki ölçüləri 115x95x15 mm, çəkisi isə 205 qr-dır.
 
Telefon simsiz enerjidoldurmanı dəstəkləyirsə, narahatçılığa heç bir əsas yoxdur. Aparatı portmanetin üzərinə qoyduqdan sonra o, enerji toplamağa başlayacaq. Dəstəklənən telefonların siyahısı aşağıda göstərilib:
 
“CHAARGO” portmanetinin pərakəndə qiyməti 75 funt təşkil edəcək. /

Google+ WhatsApp ok.ru