“Facebook”un mobil versiyası üçün mühüm yeniliklər - VİDEO 15 Fevral 2017 02:00 Maraq dünyası “Facebook” rəhbərliyi sosial şəbəkənin mobil versiyasında videoların izlənməsi ilə bağlı yeniliklər edəcəyini açıqlayıb. Bu barədə şirkət öz bloqunda məlumat verib. Əsas yenilik odur ki, “Facebook”un mobil versiyasında videolar artıq avtomatik olaraq səsli açılacaq. Hazırda isə videoları səsli izləmək üçün üzərinə basmaq lazım gəlir. Bu yenilik test zamanı müsbət qarşılanıb. İstifadəçi istədiyi an səsi dayandıra bilər. Smartfon səssiz rejimdədirsə, videolar da səssiz olacaq. Bundan başqa, iOS və Android bazasında çalışan cihazlarda istifadəçi lentində şaquli videolar ekranın böyük hissəsini, üzərinə basdıqda isə bütün ekranı tutacaq. Daha bir yenilik ondan ibarətdir ki, istifadəçilər videoları kiçik pəncərə şəklində ekranın küncünə qoya biləcək. Bu, həm videonu izləməyə, həm də paralel olaraq xəbər lentinə baxışı davam etdirməyə imkan verəcək. “Facebook” yaxın vaxtlarda “Apple TV”, “Amazon Firre TV” və “Samsung Smart TV” üçün də öz versiyasını hazırlayacaq. Bunun nəticəsində “Facebook” videolarını böyük TV ekranında izləmək olacaq. (lent.az) Teqlər : #Facebookun mobil versiyası üçün mühüm yeniliklər VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-ın yadplanetlilərlə bağlı 70 illik SİRRİ - FOTO Hindistan kosmik fəzaya eyni vaxtda 104 peyk buraxmaqla rekorda imza atıb