“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları tarifləri azala bilər

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları tarifləri azala bilər

-- Astara (İran) – Astara (Azərbaycan) dəmiryolu dəmir yolu dekabrın sonunda işə salınacaq

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları tarifləri Astara (İran) – Astara (Azərbaycan) dəmiryolu sahəsinin tikintisinin tam başa çatmasından sonra azala bilər.
 
Maide.Az bildirir ki, bunu Trend-ə “İran Dəmir Yolları”nın beynəlxalq daşımalar şöbəsinin rəhbəri Hüseyn Aşuri deyib.
 
Onun sözlərinə görə, dəmir yolunun bu hissəsi dekabrın sonunda işə salınacaq.
 
O həmçinin əlavə edib ki, İran, Rusiya, Azərbaycan və Belarus Dəmir Yolları 2018-ci il üçün tariflərin artırılmamasını razılaşdırıb.
 

Google+ WhatsApp ok.ru