Yevlaxda iğtişaşların iştirakçıları saxlanılıb 21 May 2020 17:26 Hüquq Yevlax şəhərində (Bakıdan 295 km qərbdə) polis işçilərinə hücum faktı ilə bağlı cinayət işi açılıb. İş çərçivəsində iğtişaşların 21 iştirakçısı saxlanılıb. Yerli mənbələrin məlumatına görə, mayın 18-19-da "Qaraçılar məhəlləsi"nin sakinləri karantin normalarına riayət etməyi tələb edən polislərə daş atıblar. Prokurorluqdakı mənbələrin məlumatına görə, cinayət işi CM-in 21-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya güc tətbiq etmə) maddəsi ilə açılıb. Hələlik iğtişaşların bir iştirakçısı həbs edilib. Araşdırmanın nəticələrinə görə saxlanılan digər 20 nəfər barəsində qərar qəbul ediləcək. /turan Teqlər : #yevlax,#qaraçı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bərdədə 14 nəfər saxlanıldı - SƏBƏB Milli Məclisin binası qarşısında ‘Qarabağda müharibə tələb edirik’ adlı aksiya