Fələstinli ailə özünü `Müstəqil Respublika` elan etdi

Fələstinli ailə özünü `Müstəqil Respublika` elan etdi

-- ailə səsini dünyaya çatırmaq üçün bu yolu seçib

Sionist İsrail rejimi işğalı altında olan Fələstində Əl-Beyt kəndi uzun müddətdir cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayır.
 
Maide.Az "İslam-Today"a istinadən xəbər verir ki, səsini dünyaya çatdırmaq və mövcud şəraitə etirazını bildirmək istəyən Hüsam Cuma ailəsi özünü "Müstəqil Respublika" elan edib.
 
Ailə hər dəfə mağazaya və ya digər vacib yerlərə getmək üçün İsrail əsgərlərinin qurduğu təhlükəsizlik maneələrindən keçmək məcburiyyətində qalır.
 
Onlar İsrail rejiminə blokadanın qaldırılması üçün dəfələrlə müraciət etsə də, bir nəticəsi olmayıb.
 
Fələstin rəsmiləri isə onlara kömək edə bilməyiblər. Çarəsiz qalan ailə səsini dünyaya çatırmaq üçün bu yolu seçib.
 
Beləliklə, ailə tərəfindən"Böyük Yaxın Şərq Respublikası" adlı "respublika" qurulub.
 

Google+ WhatsApp ok.ru